Siyasət

Müxalifət nümayəndəsi "Xural" qəzetinə "juçok" yerləşdirib? - FOTO - VİDEO

27 May 2010 13:03
Baxış: 307
Dünən axşam saatlarında "Xural" qəzeti redaksiyasının yerləşdiyi ofisdə dinləmə qurğusu aşkar edilməsi ilə bağlı məlumat yayılıb.

Milli.Az xəbər portalına daxil olan məlumatda qeyd edilir ki, təxminən 2 ay əvvəl qəzetin baş redaktoru Əvəz Zeynallıya Ümid Partiyası sədrinin müavini, "Bizim Gündəm" qəzetinin baş redaktoru Məhəmməd Ərsoy tərəfindən hədiyyə edilmiş stolüstü elektron saat əməkdaşları şübhələndirdiyi üçün saata baxış keçirilib və onun içərisinə kustar üsullarla hazırlanmış dinləmə qurğusunun yerləşdirildiyi aşkarlanıb.

"Məhəmməd Ərsoy tərəfindən hədiyyə edilmiş stolüstü elektron saat elektrik xəttinə birləşdiriləndə qəribə səslər çıxarıb və qəzetin əməkdaşları saata birgə baxış keçirməyi qərara alıblar. Saata baxış keçirilərkən, onun içərisinə kustar üsullarla hazırlanmış dinləmə qurğusunun yerləşdirildiyi aşkarlanıb" - deyə qəzetin baş redaktoru Əvəz Zeynallı bildirir.

Faktla bağlı Əvəz Zeynallı dərhal Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova məlumat verib, daha sonra isə işin təfsilatıyla araşdırılması üçün rəsmi qaydada DİN rəhbərliynə müraciət edib. Müraciətdə cihazın kim tərəfindən və nə məqsədlə redaksiyaya yerləşdirildiyinin araşdırılması və lazımi hüquqi tədbirlərin həyata keçirilməsi xahiş olunub.

Ümid Partiyasının mətbuat xidməti məsləylə bağlı Milli.Az xəbər portalına mövqeyini açıqlayıb. Partiyadan bildiriblər ki, Məhəmməd Ərsoy Ümid Partiyası sədrinin müvini deyil, Ali Məclis üzvüdür. "Şəxslər arasında olan münasibətlərin Ümid Partiyasına heç bir bağlılığı və aidiyyəti yoxdur. Məsələ ilə əlaqədar olaraq, Ümid Partiyası rəhbərliyi tərəfindən Məhəmməd Ərsoya Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və prokurorluq orqanlarına informasiyanın araşdırılması ilə bağlı rəsmi surətdə müraciət etməyəcəyi və olaya aydınlıq gətirməyəcəyi təqdirdə, partiya sıralarından xaric edilməsi haqqında məsələnin qaldırılacağına dair ona xəbərdarlıq edilib" - deyə Ümid Partiyasından bildirildi.

Aydın
Milli.Az


  --------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.