Siyasət

İlham Əliyevin Kazanda “Sberbank”ın İdarə Heyətinin sədri ilə görüşü olub - FOTO

23 Oktyabr 2024 16:00
Baxış: 340

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının "Sberbank" Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, German Qref rəhbərlik etdiyi bankın həyata keçirdiyi işlər, o cümlədən bankın maliyyə sektoru ilə yanaşı, rəqəmsallaşma həlləri vasitəsilə səhiyyə, sosial, təhsil və digər sahələrlə bağlı fəaliyyəti barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. O, Azərbaycanın sürətli iqtisadi yüksəlişini və sosial inkişaf meyillərini xüsusi qeyd etdi.

Görüşdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.