Rəsmi Bakıdan Paşinyana CAVAB
"Ermənistan baş nazirinin 12 oktyabr tarixində "Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir".
Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd olunub ki, üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir:
"Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub. Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır".
XİN-də vurğulayıblar ki, üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan Baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb.
Bildirilib ki, Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur:
"Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi həmçinin gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi
-
Azərbaycanda nadir hadisə: Döl uşaqlıq əvəzinə qaraciyərdə inkişaf edib - (Video)
-
Xarici diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunda olublar - (Yenilənib)
-
Faiq Mirzəyev oğluna toy etdi - (Video/Foto)
-
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
-
İtkin düşən 8 nəfər tapıldı
-
Mahir Emrelinin paltardəyişmə otağında çılğın qələbə sevinci - (Video)
-
Türkiyəli aktrisa “Sənə də qalmaz” oxudu - (Video)
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi - (Video)
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib





