Siyasət

İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik - VİDEO

8 Oktyabr 2024 21:44
Baxış: 297

Sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada "Rossiya-1" telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı vurğulayıb: "Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.