Siyasət

Livandakı səfirliyimizə azərbaycanlılar müraciət edib?

21 Sentyabr 2024 11:46
Baxış: 361

Livanda səfirlikdə qeydiyyatda olan çox az sayda azərbaycanlı var.

Milli.Az xəbər verir ki bu barədə Trend-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, 3 avqust tarixində səyahət xəbərdarlığı verilib.

"Livandan təxliyə ilə bağlı heç bir müraciət daxil olmayıb", - deyə əlavə edilib.

Xatırladaq ki, sentyabrın 17-də Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində azı 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Bunun nəticəsi olaraq, Livanda təyyarə sərnişinlərinə peycer və ratsiyaların daşımasına qadağan edilib.

Daha öncə Böyük Britaniya hökuməti öz vətəndaşlarını Livandan təxliyə etməyə hazırlaşır. Böyük Britaniya Xarici İşlər Nazirliyi Livandakı vətəndaşlarına hələ də fəaliyyət göstərən kommersiya reyslərindən istifadə edərək, gecikmədən ölkəni tərk etməyi tövsiyə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.