Hava

Azərbaycanda qış sərt keçəcək? - AÇIQLAMA

21 Sentyabr 2024 14:29
Baxış: 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır.

"Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur."

N.Mahmudov əlavə edib ki, biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.