Ölkə

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi təsdiqləndi

21 Sentyabr 2024 14:59
Baxış: 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xınalıq və Köç yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi təsdiqlənib.

Milli.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd edək ki, Qoruq Azərbaycan Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamı ilə yaradılıb.

Qoruq Quba rayonunun Xınalıq kəndi daxil olmaqla, Xınalıq kəndi ətrafında yerləşən yay otlaq sahələrindən Pirsaat su anbarınadək uzanan, Qusar, Quba, Şamaxı, Qobustan və Abşeron rayonlarının ərazisindən keçən 200 kilometrdən artıq köç yolunu, həmçinin Abşeron və Hacıqabul rayonlarının ərazilərində yerləşən Xınalıqlıların qış otlaq sahələrini əhatə edən, tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik və antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.