İqtisadiyyat

Azərbaycana idxal edilən düyü bahalaşdı

21 Sentyabr 2024 17:11
Baxış: 1 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon 38.95 min dollar dəyərində 48 min 130 ton düyü idxal olunub.

Milli.Az bildirir ki, APA-ın Dövlət Gömrük Komitəsinə istinadən xəbərinə görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 17.3% və ya 7 092 ton, dəyər baxımından isə 36.4% və ya 13 milyon 353 min dollar çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 36 milyon 685 min dollar dəyərində 41 min 38 ton düyü gətirilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycana gətirilən düyünün bir tonunun orta idxal qiyməti 16.3% artaraq 1 039.6 dollara bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 893.9 dollar təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında düyü idxalı Azərbaycanın ümumi idxalının 0.39%-nə bərabər olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.