Ölkə

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

21 Sentyabr 2024 17:26
Baxış: 362
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.

VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.