Dünya

İsrail İranda gizli əməliyyat keçirdi - Xəzzab

21 Sentyabr 2024 14:58
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir ay ərzində İsrail qüvvələri İran daxilində gizli əməliyyat keçirib, bir sıra sənədlər oğurlanıb, bəzi mərkəzlərdə təxribat törədilib və iki SEPAH zabiti öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İranın "Əsr" televiziya kanalının "Meydan" verilişinin aparıcısı Vəhid Xəzzab təhlükəsizlik rəsmisinə istinadən məlumat yayıb.

"Hökumət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər, onlar bununla da kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər", - deyə aparıcı İran rəsmilərini İsrailə cavab vermədiyi üçün tənqid edib.

Qeyd edək ki, avqustun 29-da İsfahanda SEPAH-a bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovnik olmaqla, iki SEPAH üzvü həlak olub. İran rəsmiləri bunun qaz sızması nəticəsində baş verdiyini iddia etsələr də, həmin partlayışın İsrail qüvvələrinin əməliyyatının nəticəsi olduğu ehtimal olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.