Ölkə

Azərbaycan təmsilçisinə BMT-nin bu Komitəsində yüksək vəzifə verildi - FOTO

21 Sentyabr 2024 14:31
Baxış: 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Dayanıqlı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirdə Azərbaycanı təmsil edib.

Agentlikdən Milli.Az-a bildirilib ki, tədbirin COP29 və "SPECA Forum 2024"ə doğru: Cənub-Şərqi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda enerji keçidinin sürətləndirilməsi" adlı panelində təqdimatla çıxış edən Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova enerji keçidi ilə əlaqədar planlar barədə məlumat verib, həmçinin ölkəmizdə istifadə edilməsi nəzərdə tutulan "yaşıl texnologiya"ların tətbiqi ilə əlaqədar ehtiyac və üstünlüklər barədə danışıb.

Daha sonra Dayanıqlı Enerji Komitəsinin 33-cü iclası çərçivəsində UNECE-nin Dayanıqlı Enerji Komitəsinin seçkisi keçirilib. Seçki nəticəsində Rəna Hümbətova komitənin vitse-sədri seçilib.

Seçkidən dərhal sonra "Gələcəyə baxış: Davamlı Enerji Komitəsinin görəcəyi işlər" ilə bağlı sessiya keçirilib. Sessiyada yeni seçilmiş komitənin sədr və sədr müavinləri növbəti dövr üzrə dayanıqlı enerji sahəsində əsas hesab olunan istiqamətlərin inkişafına dair yanaşmalar barədə müzakirələr aparıb. Adıçəkilən sessiyada Rəna Hümbətova UNECE-nin Dayanıqlı Enerji Komitəsinə yeni seçilmiş vitse-sədri olaraq enerji keçidinin sürətləndirilməsi üçün regional əməkdaşlığın vacibliyini vurğulayaraq, yaşıl enerji dəhlizlər konsepsiyası və həmin konsepsiyanın ayrılmaz hissəsi olan hidrogen enerjisindən danışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.