Siyasət
Müxalifətdə ikinci "Azadlıq" bloku yaradılır
26 May 2010 13:25
Baxış: 240
Azərbaycanda bir neçə müxalifət partiyası ikinci alternativ "Azadlıq" bloku yaradır.
Bu barədə Milli.Az xəbər portalına Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Azadlıq Partiyasının, habelə birliyin seçki qərargahının sədri Əhməd Oruc bildirdi.
O açıqlamasında hazırki "Azadlıq" blokunun adına iddiaçı olduqlarını bəyan etdi.
"Biz "Azadlıq" Partiyası kimi özümü hardasa təqdim edəndə, dərhal "Azadlıq" bloku nədir, bu sizsiniz, siz deyilsiniz, sualları ortaya çıxır. İnanın ki, izah etmək çox çətin olur. Deyirlər, partiyanızın adı rəsmən "Azadlıq"dırsa, onlar niyə "Azadlıq" bloku adlanır" deyə o, bildirib.
Onun sözlərinə görə, indiki "Azadlıq" bloku qeyri-rəsmi fəaliyyət göstərir. "Onlar hüquqi şəxs kimi qeydiyyatdan keçməyiblər. Yəni hazırda blokun adı hüquqi əhəmiyyət daşımır. Oradakı üç partiya özünü istədiyi kimi adlandıra bilər"- deyə partiya sədri əlavə etdi.
Ə.Oruc hesab edir ki, "Azadlıq" blokunun onların partiyasının adıyla adlandırılması etik cəhətdən də doğru deyil. "Məsələn, bir neçə partiya birləşərək, seçki bloku yaradıb, adını "Müsavat" , yaxud "AXCP" qoysa, nə dərəcədə doğru olar? Ona görə də bildiririk ki, siyasi-hüquqi prosedurlara, etikaya, əxlaqa uyğun olaraq, qarşıdakı parlament seçkisində özlərinə yeni bir ad tapıb qoysunlar. Seçkiyə qədər özlərini necə adlandırmalarının elə bir əhəmiyyəti yoxdur. Hər halda biz seçkiyə "Azadlıq" bloku adından gedəcəyik, onlar hansı adla gedirlərsə, getsinlər. Hətta bu adla qatılmasaq belə, MSK-ya məsələylə bağlı müraciət edəcəyik."
Qarşı tərəfin blokun adından imtina etməyəcəyi halda isə, Ə.Oruc məsələnin məhkəmə müstəvisinə qaldırılmayacağını bildirdi. "Buna ehtiyac görmürəm. Çünki onsuz da MSK-ya biz "Azadlıq" bloku kimi müraciət edəcəyik. Əgər qarşı tərəf də eyni adla müraciət etmək fikrinə düşsə, qeyri-hüquqi vəziyyətdə qalacaqlar. İddia edə bilərlər ki, ötən seçkilərdə də "Azadlıq" bloku kimi iştirak ediblər. Birincisi, o vaxt blokda təmsil olunan iki partiya indi orada deyil. İkincisi, həmin blokun ictimai rəydə tanınan əsas fiquru, blokun İcariyyə Komitəsinin sədri Pənah Hüseyn olub. İndi o da DUİ-də təmsil olunur."
Ə.Oruc sonda onu da vurğuladı ki, yanvar ayından bəri hazırki "Azadlıq" blokunun rəhbərləri müxatəlif bəhanələrlə seçkidə əməkdaşlıqla bağlı məsləhətləşmələrdən yayınırlar. "Yarım ildir ki, AXCP, ALP və VİP müxtəlif yollarla, normal məntiqə, normal insan ağlına sığmayan bəhanələrlə məsləhətləşmələrdən yaınırlar. Özlərini də guya əsas müxalifət hesab edirlər. Ən qəribəsi isə budur ki, guya bunlar da müxalifətin seçkidə birgə iştirakının tərəfdarıdırlar. Amma müxalifət partiyaları ilə heç görüşməyə belə, hazır deyillər"- o, bildirdi.
Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatından keçib. Hal-Hazırda demokratiya Uğrunda Uttifaqda təmsil olunur.
Aydın A.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib