İlham Əliyev Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş etdi.
Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırladı.
Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin fəaliyyəti müzakirə olundu. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olundu, gələn ilin sonunda həmin stansiyasının istifadəyə veriləcəyi bildirildi. "Acwa Power" şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurğulandı, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edildi.
Görüşdə "Acwa Power" şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırıldı. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və "Acwa Power"in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edildi, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə kimi rol oynayacağı vurğulandı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
XƏBƏR LENTİ
-
81 yaşlı Türkan Şorayın son halı (Foto)
-
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə çatıb
-
74 yaşlı Bülənt Ərsoy estetik etdirdi - Xəstəxanadan (Foto)
-
Qəza vaxtı Amalın qanında nə narkotik, nə də spirt olub - Ekspert rəyi
-
Uşaqları ilə su anbarında batan şəxs şəhid övladı olub (Foto)
-
Səbinə Salmanovaya ağır itki
-
DÇ-2026: Mərakeş millisi 1/4 finala vəsiqə qazanıb
-
Kondisioneri neçə dərəcədə işlətmək daha düzgündür?
-
DÇ-2026: Fransanın oyunu təxirə salına bilər
-
Tramp: Xameneinin dəfnində hamını məhv edə bilərik, amma onda danışıq aparacaq heç kim qalmayacaq
-
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
-
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
-
"Ən bahalı geyimim 500 manatdır" - İzzət Bağırov
-
Ələt-Astara avtomobil yolunun kənarında açıq ərazidə yanğın baş verib (Video)
-
"Arzum"un həyat yoldaşı Denis danışdı (Video)
-
İran Yaponiya ilə neft satışını müzakirə edir
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
-
Zəngilanda bir nəfər çayda boğulub
-
"Bəxt üzüyü"nün Sedası ilə bağlı bilinməyənlər: "Amerikadakı toyunda ruslar və yəhudilər..."
-
"Beşiktaş"dan 20 milyon avroluq transfer (Foto)
-
Övladları ilə birlikdə faciəvi şəkildə həlak olan Şərifin (Fotosu)
-
Milli İncəsənət Muzeyində “Əli bəy Hüseynzadə: böyük mütəfəkkir və rəssam” adlı sərginin açılışı və elmi seminar keçirilib - FOTO
-
Fatiməni qətlə yetirən şəxs Türkiyədə saxlanıldı
-
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi





