İlham Əliyev Vyetnam Prezidentini təbrik edib
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.
Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.
İnanıram ki, sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
XƏBƏR LENTİ
-
Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə
-
Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?
-
Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub ünvanlayıb
-
Əli Əsədovdan qaz təchizatı ilə bağlı QƏRAR
-
7 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
-
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdiriləcək
-
"Yaşıl Teatr" Mədəniyyət Nazirliyinə verildi
-
“Bakımənzilkommunlayihə” Layihə İnstitutu ləğv edilir
-
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib - (Foto)
-
Sabah AMB-nin faiz qərarı açıqlanacaq
-
Ölkədə 50 cinayətin üstü açıldı
-
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
-
"Qarabağ"dan ayrılan Buntiçin yeni klubu bəlli oldu - (Foto)
-
XİN Lüksemburqu təbrik etdi
-
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir
-
Mərdəkanda dənizdə batan 4 gəncin son görüntüləri - (Foto/Video)
-
Əjdər Cəfərova Türkiyədə yüksək vəzifə verildi (Foto)
-
Qiymətli metallar ucuzlaşır
-
Bərdədə kanaldan gənc oğlanın meyiti tapıldı
-
Trampın "qələbə şousu" və ABŞ-ın 40 milyard dollarlıq ağır hərbi hesabı
-
DÇ-2026: Əlcəzair geridə qaldığı oyunda dönüş etdi
-
Sumqayıtda ağır qəza: Avtomobil ağaca çırpıldı, 3 nəfər yaralandı
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi





