İlham Əliyev Burkina Fasonun səfirini qəbul etdi - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Azərbaycanın Burkina Faso ilə münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu bildirdi. Dövlətimizin başçısı iqtisadi-ticari sahədə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi, Azərbaycanın Burkina Fasoya investisiya yatırması imkanlarının araşdırılmasının önəmini vurğuladı.
Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunan Azərbaycan Prezidenti, ilk növbədə, BMT-də, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyin göstərilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayaraq, ölkəmizin bu dövrdə xüsusi diqqət yetirdiyi mövzulardan birinin də müstəmləkəçilik, neo-müstəmləkəçilik və bununla mübarizə məsələsinin olduğunu bildirdi. Bu xüsusda Fransanın həyata keçirdiyi neo-müstəmləkəçilik siyasətinin ikrah hissi doğurduğunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın bu siyasətə qarşı öz səsini ucaltdığını və qanlı müstəmləkəçilik tarixi olan Fransanın bu gün də əsarət altında saxladığı xalqlara müstəqillik, azadlıq tələb etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə beynəlxalq qeyri-hökumət hərəkatı çərçivəsində fəal iş apardığını bildirdi.
Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan Prezident İlham Əliyev Azərbaycanın öz torpaqlarını işğaldan azad edəndən sonra Fransanın əsl simasını nümayiş etdirdiyini, BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd etdi.
Söhbət zamanı dövlətimizin başçısı Azərbaycanın Afrika İttifaqı yanındakı səfirinə Afrika ölkələri ilə daha sıx münasibətlərin qurulması, onlarla müxtəlif istiqamətlər üzrə ikitərəfli formatda konkret əməkdaşlıq məsələlərinin planlaşdırılması barədə də təlimat verildiyini qeyd etdi.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir, ilk növbədə, ölkəsinin lideri Brahim Traorenin salamlarını, eyni zamanda, dövlətimizin başçısının yenidən Prezident seçilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Burkina-Fasonun liderinə çatdırmağı xahiş etdi.
Səfir Vinta Some Azərbaycan ilə ölkəsinin strateji səviyyədə hərtərəfli əməkdaşlığa hazır olduğunu, yaxın vaxtlarda geniştərkibli Azərbaycan nümayəndə heyətinin Burkina-Fasoya səfər edəcəyini vurğuladı. O, ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, təlim, təhsil, terrorizmə qarşı mübarizə və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etdi.
Vinta Some ölkəsinin Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizədə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. O, Afrikanın sahil regionunda baş verən proseslər haqqında məlumat verdi, artıq qitədə panafrikanizm hərəkatının güclənərək yeni vüsət aldığını vurğuladı.
Səfir COP29-un təşkilində Azərbaycana uğurlar arzuladı və Burkina Fasonun da bu tədbirdə müvafiq səviyyədə təmsil olunacağını diqqətə çatdırdı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı





