QAİ-dən Toivo Klaarın ölkəmizlə bağlı qərəzli fikirlərinə REAKSİYA
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirib.
T.Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar etmişdir. Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulayıb.
Göründüyü kimi, Aİ nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək "səlahiyyəti" icad edib.
Milli.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.
"Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. Aİ rəsminin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də Aİ-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi Aİ üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.
Qərbi Azərbaycan İcması Aİ rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma Aİ-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir", - bəyanatda deyilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirilib - (Foto)
-
"Amerikada bir ay konsert verdik, 100 dollar pul verdilər" - Alim Qasımovla müsahibə
-
Federiko Valverde zədələndi
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir





