Siyasət

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı hazırlanacaq

24 İyul 2024 16:24
Baxış: 1 881

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Yol hərəkəti haqqında" qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Milli.Az
 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.