Siyasət

Paşinyan Fransanı seçdi: Britaniyaya hörmətsizlik

19 İyul 2024 16:20
Baxış: 1 639

Ölkə başçısı Britaniyada səfərdədir. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak üçün İngiltərəyə yollanıb. Ötən gün bir sıra iclaslarda iştirak edən İlham Əliyev dövlət başçıları ilə mühüm məsələləri müzakirə edib.

Görüşdə diqqət çəkən bir sıra məqam var idi ki, onlardan biri ölkə başçımızın digər prezidentlərlə səmimi davranışları idi. Bu prezidentimizin gücünün və nüfuzunun günü-gündən artdığının bariz göstəricisidir. İkinci məqam isə Paşinyanın İlham Əliyevlə görüşdən imtina etməsi idi. Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan-Ermənistan liderlərinin görüşünün baş tutmaması bir daha göstərir ki, Ermənistan dildə sülh desə də, əslində danışıqlar prosesindən qaçan tərəfdir.

Erməni politoloqlar Paşinyanın görüşdən imtinasını Orta Dəhliz məsələsi ilə əlaqələndirirlər. Onlar qeyd edir ki, Britaniyanın Azərbaycanda və Mərkəzi Asiyada, xüsusən də mədən sektorunda on, hətta yüz milyardlarla investisiyası var. O, Orta Dəhliz məsələsi ilə məşğul olmalıdır, yəni Ermənistan Zəngəzur bölgəsində öz suveren nəzarətindən əl çəkməlidir. Bu isə Ermənistana sərf etmir.

Ermənistan rəhbərliyinin daim sülh gündəliyindən danışaraq imkan düşəndə isə fürsətdən yararlanmaması riyakarlığının göstəricisidir. Bu nəinki, onların öz xalqına, eləcə də Böyük Britaniyaya qarşı hörmətsizlikdir. Eyni zamanda diplomatiyada da bu hərəkəti əxlaqsızlıq kimi hesab etmək olar.

Başı ölkəsindəki problemlərə qarışan Makronun Ermənistan-Azərbaycan məsələləsinə də müdaxilədən çəkinmədiyi aşkar görünür. Aydın məsələdir ki, Makron Londonda görüş üçün Paşinyana icazə verməyib. Çünki, Fransa bütün yollarla digər Avropa ölkəsinin sülh təşəbbüsünə mane olmağa çalışır.

Rəsmi Bakının da qeyd etdiyi kimi, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək. Qeyd edim ki, bir neçə ay əvvəl Almaniyanın təşəbbüsü ilə keçirilmiş görüşdən sonra da Ermənistan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək prosesi pozmağa çalışıb.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.