"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib:
Müşahidə Şurasının sədri
Bəşir Hacıyev - Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Müşahidə Şurasının üzvləri:
Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini
Sarvan Cəfərov - Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Namiq Hümmətov - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azadə Hüseynova - Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.
Milli.Az