Siyasət

"Trend" Avropa mediasının liderləri arasında - REYTİNQ

16 May 2024 20:42
Baxış: 1 696

Qlobal miqyasda kütləvi informasiya vasitələrinin ən müxtəlif sahələrdə reytinqlərini tərtib edən "FeedSpot" resursu Avropanın 20 ən yaxşı xəbər saytlarının yeni reytinqini açıqlayıb.

Milli.Az bildirir ki, "Avropanın 20 ən yaxşı xəbər saytı" (Top 20 European News Websites) reytinqi mass-meia resurslarının relevantlığı, nüfuzu, oxucularının və sosial şəbəkələrdəki abunəçilərinin sayı, habel hazırladığı media kontentinin operativliyi və s. amillər əsasında hazırlanıb.

"Euronews"un lider olduğu reytinq siyahısında 2-ci yerdə ABŞ-ın "Politico" nəşrinin Avropa bölməsi olan "POLITICO Europe", 3-cü yerdə isə Azərbaycanın "Trend" Beynəlxalq İnformasiya Agentliyidir (BİA).

"Trend" sözügedən reytinqdə sürəkli yer alan, malik olduğu mövqeləri qoruyan yeganə Azərbaycan kütləvi informasiya vasitəsi və informasiya agentliyidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.