İcma ATƏT-ə çağırış etdi
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqa məktub göndərərək ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb.
İcmadan Milli.Az-a daxil olan məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbiristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması qeyd olunub.
Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulayıb. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənistan ilə dialoqa hazır olduğu bildirilir və Ermənistanın dialoqdan boyun qaçırdığı təəssüflə qeyd edilir.
İcma sədri həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırıb, ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırıb.
Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən "Qərbi Azərbaycan Televiziyası" kanalının müxbiri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında ona təqdim edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi





