Siyasət

Prezidentin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

23 Aprel 2024 20:12
Baxış: 446

Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Norveç Krallığının Baş naziri Jonas Gahr Storeyə ünvanladığı dəvət məktubunu Norveç Krallığının İsveçdəki səfiri Aud Kolberqə təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində uğurlu təcrübəsi qeyd olunub. COP29-a hazırlıq işləri barədə qarşı tərəfə məlumat verilib, habelə Azərbaycan və Norveç arasında əməkdaşlıq məsələlərinə toxunulub.

Norveç səfiri dəvət məktubuna görə təşəkkürünü ifadə edib və onun ən qısa zamanda yüksək ünvanına çatdırılacağını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.