Siyasət

Tarixi gün - İlham Əliyevin xalqa hədiyyəsi

19 Aprel 2024 19:43
Baxış: 2 463

Azərbaycan yenə tarixi günlər yaşayır. Xalqımız növbəti dəfə tarixi anlara şahidlik edir. Tarixi zəfərimizdən bir müddət sonra Xocalı, Xankəndiyə bayraq sancılması zaman yaşanan hislərin eynisi bu gün təkrarlanır. Bugünkü tarixi olayı fərqləndirən əsas cəhət isə kəndlərin bir güllə belə atılmadan qaytarılmasıdır. İllərdir tapdaq altında qalan torpaqlarımızın qan tökülmədən qaytarılması İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. 44 günlük müharibədə qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması İlham Əliyevin xalqa növbəti hədiyyəsidir.

Bugünkü razılaşma eyni zamanda ABŞ, Qərb dövlətlərinin propaqandasını ifşa etdi. Tarixi anlaşma Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdiyini deməyə əsas verir. Qərb dövlətləri bilməlidir ki, onlar nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.

Qeyd edim ki, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüş zamanı razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçsin.

İslam
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.