Gizli anlaşma - Paşinyan özünü və xalqını riskə atdı
Qərbin və ABŞ-nin anti-Azərbaycan mövqeyi göz qabağındadır. Hazırda Azərbaycana qarşı təzyiqlərlə yanaşı, Ermənistanın sürətlə silahlandırılması prosesi həyata keçirilir. Paşinyanın Brüsselə çağırılması da məhz bu səbəbdən olub. Belə ki, 5 aprel görüşündən 2 gün əvvəl, yəni aprel ayının 3-də "Caliber" görüşlə bağlı mühüm və sensasiyalı məlumatlar əldə edib.
Görüşdən əvvəl Blinken və Ursula əl-ayağa düşərək İlham Əliyevə məlumat verərək tədbirin Bakıya qarşı olmadığını, hərbi mövzuların deyil, sadəcə iqtisadi məsələlərin müzakirə olunacağını bildirsələr də, reallıq tam fərqli imiş. Görüşdə elan olunub ki, Avropa İttifaqı Ermənistana 270 milyon avro məbləğində qrant yardımı ayıracaq. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib. O qeyd edib ki, bu vəsait qarşıdakı 4 il ərzində ayrılacaq. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənsitanda islahatlarda dəstək verməyə davam edəcək. Ursula von der Leyen deyib ki, Aİ ötən ilin sentyabrından bəri Qarabağı tərk edən ermənilərin inteqrasiyası üçün 30 milyon avro ayırıb və onlar bu istiqamətdə uzunmüddətli dəstək verməyə hazırdırlar.
Bunlar mətbuata elan olunanlar, yəni, aysberqin görünən tərəfidir. Görünməyənlər isə ondan ibarətdir ki, ABŞ və Avropa Ermənistana heç Ukrayna və Gürcüstana belə vermədiyi silahları verəcək. ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi göstərəcək. Bu məqam Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən xəbər verir. Strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsini deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.
Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Xarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti ayıracaq. ABŞ-nin niyyəti Ermənistanın müasir hərbi texnologiyalara və yüksək texnologiyalı avadanlıqlara çıxışını FMF vasitəsilə asanlaşdırmaqdır. Qeyd edim ki, FMF proqramı ABŞ-nin müttəfiqlərinə və tərəfdaşlarına avadanlıq, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və ya kreditlər verməklə dəstək olmaq üçün nəzərdə tutulmuş əsas ABŞ xarici siyasət alətidir. Bu proqram qəbul edən ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi qarşılıqlı fəaliyyətin artırılmasına kömək edir.
Həmçinin, ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcək. Bu proqram ABŞ-nin təhsil kursları vasitəsilə ikitərəfli hərbi əlaqələrin gücləndirilməsinə yönəlmiş xarici hərbi yardımının əsas alətlərindən biridir. IMET tərəfdaş ölkələrin hərbi personalına amerikalı həmkarları ilə birlikdə ABŞ hərbi təhsil müəssisələrində təlim keçmək imkanı verir.
"Caliber"in məlumatında qeyd olunur ki, ABŞ və Avropa İttifaqı Ermənistana Atom Elektrik Stansiyalarının deaktiv edilməsi proqramı çərçivəsində Metsamor Atom Elektrik Stansiyasının sökülməsində İrəvana kömək edəcək. Metsamorun fəaliyyəti dayandırıldıqdan sonra yeni atom elektrik stansiyalarının qurulması üçün maliyyə ayrılacaq. ABŞ və Aİ açıq şəkildə Ermənistana Metsamor AES-in ləğvi və yeni nüvə enerjisi layihələrinin inkişafı vasitəsilə enerji təhlükəsizliyini gücləndirməyə kömək etməyə hazırlaşır.
Ötən gün ABŞ-nin İrəvandakı səfiri Kristina Kuinn səfirlikdə Ermənistan Müdafiə Nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi məsləhətçinin də çalışacağını bəyan edib. Bunu səfir Kristina Kuinn də təsdiqləyib ki, Ermənistan ABŞ-dən zirehli təcili yardım maşınları istəyib və çox güman ki, onları tezliklə alacaq.
Görünür, Paşinyan riskli oyuna qoşulub. Paşinyan ABŞ və Aİ-nin dəstəyi ilə güclənməyə cəhd edir. Rusiyanı qarşısına alan Ermənistanın NATO-ya üzv olmasına hazırlıq görülür. Qərb öz silah bazarını Ermənistanın üzünə açır və bu silahların Ermənistan tərəfindən alınmasını özü maliyyələşdirir. Bakı isə bundan məlumatlıdır və təxribatların qarşısını almağa hər zaman hazırdır.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyev 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)





