Siyasət

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə getdi

20 Mart 2024 12:24
Baxış: 551

Xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Milli.Az-a verilə məlumata görə, 20 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun 21 mart tarixində Brüssel şəhərində keçiriləcək Nüvə Enerjisi Sammitində iştirakı və çıxışı, eləcə də bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.