Siyasət

Valdis Zatlers: Azərbaycan balansdırılmış xarici siyasət aparır

14 Mart 2024 14:40
Baxış: 622

Qlobal Bakı Forumu artıq təcrübəli bir platformaya çevrilib. Forum müxtəlif ölkələrdən, qitələrdən nümayəndələri bir araya gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Latviyanın sabiq prezidenti, XI Bakı Qlobal Forumun iştirakçısı Valdis Zatlers deyib.

Sabiq Prezident Qlobal Forumda iştirakçıların müzakirə olunan mövzularla bağlı öz fikirlərini bölüşdüyünü diqqətə çatdırıb.

"Azərbaycan bu cür tədbirləri keçirmək üçün ən gözəl yerdir. Çünki Azərbaycan balansdırılmış xarici siyasət aparır və bu, ölkənin uğurlarının əsas amillərindən biridir", - deyə V. Zatlers vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.