Siyasət

Dağlıq Qarabağ mövzusu Ümumidünya Qadın Sammitində - FOTO

21 May 2010 14:05
Baxış: 183
Dünyanın 80-dən artıq ölkəsindən 1000-dən atrıq qadının qatıldığı sammit 3 gün davam edəcək. Müxtəlif ölkələri təmsil edən nazir qadınlar , birinci xanımlar, dövlətlərdə yüksək vəzifə tutan, ictimai-siyasi xadim, işgüzar, biznesmen, böyük şirkətlərin idarəçisi olan qadınlar öz həmcinslərinin ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparır, konkret təkliflərlə çıxış edirlər.

Sammitin rəsmi açılış mərasimindən əvvəl müxtəlif ölkələri təmsil edən nazir qadınların iştirakı ilə geniş toplantı və müzakirələr keçirilib. Samitin prezidenti İrene Natvidadın dəvəti ilə sammitdə Azərbaycandan millət vəkili Qənirə Paşayeva da bu müzakirələrdə iştirak edib və nazir xanımlara Azərbaycanla bağlı məlumat verib. Millət vəkili Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb. O bildirib ki, Ermənistanın yürütdüyü monoetnik təmizləmə siyasəti nətijəsində 1988-ci ildə  200 mindən artıq azərbaycanlı Ermənistandan öz tarixi ata-baba yurdundan, öz evindən zorla qovularaq qaçqına çevrilib. Bunun ardınca isə Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək Azərbaycanın 20 faiz torpağını işğil edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili iştirakçılara Qarabağ həqiqətlərinə dair Heydər Əliyev Fondunun hazırladığı kitabları və materialları da təqdim edib. O, vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın dünyanın harasında yaşamasından asılı olmayaran bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu adələtsizliyə sərt etiraz etməsini və öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə danışıb, tədbir iştirakçılarına Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Azərbaycanda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini vurğulayan millət vəkili, son bələdiyyə  seçkilərindən sonra qadınların bələdiyyələrdə təmsilçiliyinin 30 faizə çatmasının müsbət bir hadisə olduğunu vurğulayıb. Qənirə Paşayeva ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə qadınlar, uşaqlar, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən layihələr və onların uğurlu nəticələri  barədə də danışıb. Qeyri-hökumət təşkilatı olaraq Heydər Əliyev Fondunun nəinki yerli, hətta beynəlxalq səviyyədə də bir çox əhəmiyyətli layihələr həyata keçirdiyini deyən millət vəkili fondun Pakistanda zəlzələdən zərər çəkmiş bölgədə qızlar üçün tikdirdiyi yüksək səviyyəli məktəbin qızların təhsilinə dəstək kimi müsbət bir örnək olduğunu vurğulayıb. Millət vəkili, dünyanın çoxlu sayda ölkəsinin binici xanımları, nazir, ictimai-siyasi xadim, alim qadınların iştirakı ilə keçirilən Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqda qadınların rolunun artırılması da daxil olmaqla bu istiqamətdə Azərbaycan prezidenti və birinci xanımının təşəbbüsü ilə keçirilən beynəlxalq tədbir və konfranslar barədə də məlumat verib.

Milli.Az
________________________________________

________________________________________

________________________________________

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.