Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək

15 Fevral 2024 18:58
Baxış: 588

Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) nazir İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.

"Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək", - məlumatda qeyd olunub.

Gürcüstan XİN-in məlumatına görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.

"Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib", - məlumatda bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.