Prezident seçkiləri ilə bağlı iclas keçirilib- YENİLƏNİB - FOTO
13:18
Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib
12:26
Xəbər verdiyimiz kimi, növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda məruzəçi hakimlərdən Sona Salmanova və Kamran Şəfiyev çıxış edib.
.jpg)
S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
.jpg)
K.Şəfiyev isə seçkilərin qanunvericiliyə uyğun keçirildiyini qeyd edərək seçkilərin nəticələrinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu vurğulayıb.
.jpg)
İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilər 125 seçki dairəsi üzrə keçirilib.
M.Pənahov namizədlərə yaradılmış şəraitdən danışıb, həmçinin ödənişsiz efir vaxtının, qəzetlərdə yer ayrılmasını qeyd edib.
"Seçkilərin azad, demokratik və şəffaf şəkildə keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən kifayət qədər yerli və xarici müşahidəçi qeydə alınıb, habelə məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb", - deyə o, əlavə edib.
MSK sədri deyib ki, seçkilərdə 7 namizəd qeydə alınıb və seçki prosesi zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb.
"Seçkilər seçicilərin fəal iştirakı ilə baş tutub. Səsvermə günü proseslər həm MSK tərəfindən yayılan məlumatlarla, həm də veb-kameralar vasitəsilə ictimaiyyətə geniş şəkildə çatdırılıb", - deyə M.Pənahov qeyd edib.
Daha sonra hakimlər müşavirəyə yollanıb.
-------
11:17
Xəbər verdiyimiz kimi, növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası öz işinə başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvaladze çıxış ediblər.
S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.
------
11:12
Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
Milli.Az xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələrinin elan edilməsi məsələsinə baxılır.
Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Uillyam Samoei Ruto Prezident İlham Əliyevi təbrik edib
-
Nikuşor Dan Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Alar Karis Prezident İlham Əliyevə məktub göndərib
XƏBƏR LENTİ
-
Yayda bu ayaqqabıları geyinənlər diqqətli olmalıdır
-
Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir
-
Bir çox qadında bu vacib vitamin çatışmır - Diqqət
-
“Onların nüvə silahı olmayacaq”
-
"Brent" markalı neft ucuzlaşdı
-
Çin dron sürülərini kosmosdan şarj edəcək innovativ sistem hazırlayır - FOTO
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR





