Siyasət

Omanın Sultanı Prezident İlham Əliyevi təbrik etdi

10 Fevral 2024 19:27
Baxış: 584

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib.

Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.