Siyasət

Paşinyan dediyini edə biləcək?

9 Fevral 2024 18:31
Baxış: 1 041

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqının "bir hissəsi" olduğunu hesab edir. Amma elə həmin Aİ-rin postsovet məkanı ölkələrinə ixrac etdiyi prinsipləri eyninə almır və erməniləri heçə sayır.

"İndi iki qonşu ölkəmiz Avropa İttifaqına üzv olmaq üçün namizəd statusuna malikdir (Gürcüstan və Türkiyə) və əgər əvvəllər demək mümkün idisə: Aİ haradadır, bizim regionumuz haradadır, indi Aİ, əslində, regionumuzdur və biz bunu şəraiti nəzərə almalıyıq", - Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Ötən ilin dekabrın 14-də Avropa Şurasının prezidenti Şarl Mişel Aİ liderlərinin Gürcüstana namizəd statusu verdiyini açıqlayıb. Türkiyə 1999-cu ildən namizəd statusuna malikdir. Bu günə qədər Türkiyənin Aİ-yə daxil olması ilə bağlı "Uyğunluq paketi" adlanan şərtlər topalusundakı 35 bənddən 16-ı yerinə yetirilməyib. Rəsmi Ankara həmin 16 bəndi Türkiyənin suverenliyinə, daxili işlərinə, vətəndaşların yaşam modelinə və maraqlarına kəskin ziddiyyət təşkil etdiyi, ölkəyə təzyiq cəhdləri olduğunu bəyan edib.

Nikol Paşinyan Qərbə meylli siyasətini aktivləşdirdiyini bu dəfə Avropa İttifaqının regional strategiyası özünəməxsus şəkildə interpretasiya etməklə rəqiblərinə və eyni zamanda Rusiya Federasiyasına messic ünvanlayıb.

Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyanın rəhbərlik etdiyi, əslən Qarabağdan olan ermənilərə və ölkədəki oliqopoliyaya arxalanan müxalifət düşərgəsi İrəvanın Moskvanın təsirindən qurtulmaq cəhdlərinə kəskin etiraz edir. Onlar etiraz etməklə yanaşı, Paşinyan administrasiyasının bu istiqamətdə gördükləri bütün işlərə qarşı çıxır, Xankəndindəki sabiq separatçı xuntanın bərpasını və "Qarabağ uğrunda mübarizənin davamı"nı tələb edərək revanşizmlə qisasçılığı, habelə qarabağlı ermənilərin separatçılığını dəstəkləyirlər.

Məhz bu düşərgəni özünə ən təhlükəli rəqib hesab edən Nikol Paşinyan "sabiqlər"in rəhbərlik etdiyi "karabaxtsi" ("qarabağlılar) düşərgəsini maksimum dərəcədə zəiflətməyə çalışır.

Üstəlik, Ermənistanda baş nazir Nikol Paşinyana sadiq adamlar azalır.

Bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Bildirilib ki, onun komandası tədricən köhnəlir: "Nikol Paşinyan nazirləri vəzifədən uzaqlaşdırmağa çalışmır, əksinə, onları könüllü istefaya göndərir".

"Baş nazir rəhbərlik etdiyi hökumətdə onunla işləmək istəyən adam tapa bilmir", - nəşr bildirib.

Sözügedən nəşrin başqa bir məqaləsində yazılıb ki, fevralın 8-də N.Paşinyanın rəhbərliyi ilə hakim "Mülki müqavilə" partiyasının iclası keçirilib.

İclasda baş nazir komanda yoldaşlarına partiya üzvlərinin sayının artırılması üçün hər şeyi etməyi tapşırıb. İqtidar mediada fəallaşmaq barədə qərar da qəbul edib: "Təsadüfi deyil ki, Paşinyan və partiyanın digər üzvləri bir-birinin ardınca "tiktok" səhifələri açıb son videolar yayımlayırlar. Onların Kütləvi İnformasiya Vasitələri ilə işləri nəticəsiz qalıb, ona görə də ümid sosial şəbəkələridir".

Daha əvvəl Ermənistanda iqtisadiyyat nazirinin müavini Ani İspiryan işdən çıxarılıb. KİV Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın N.Paşinyanı əvəz edə biləcəyini də iddia edib.

Məhz bu məqsədlə o, revanşistlərin və "karabaxtsi"lərin son istinad yeri olan Konstitusiyaya dəyişiklər etmək istəyir.

Əgər bugünədək N.Paşinyanın Ermənistanın ali qanunu ilə bağlı açıqlamaları üstüörtülü, işarəli messiclər səviyyəsində idisə, indi o, daha konkret danışmağa başlayıb.

Belə ki, o, parlamentin iclasında çıxış edərkən bildirib ki, Ermənistanın mövcud Konstitusiyasında 1989-cu ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində qarabağlı ermənilərin təzyiqi ilə qəbul edilmiş "sabiq Dağlıq Qarabağ regionunnu Ermənistanla birləşməsi haqqında qərar"a istinad olduqca, Cənubi Qafqazda sülhdən və stabillikdən danışmağa dəyməz.

Konstitusiyaya gərəkli dəyişikliklər və əlavələr olunmasının, hətta yeni Konstitusiyanın qəbul edilməsinin zərurətindən danışarkən N.Paşinyan Azərbaycanla ikitərəfli, birbaşa danışıqlar zamanı müzakirə edilən sülh sazişinin bəndlərindən biri barədə ilk dəfə məlumat verib.

"Sülh sazişinin mətnində tərəflərdən hər şansı birinin bu anlaşma ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini yetirə yetirməmək üçün ölkə qanunvericiliyinə istinad edə bilməmələri vurğulanıb, - Ermənistanın baş naziri söyləyib. - Dövlətimizin əsasına tarixi ədalətin bərpasına can atmağımızı qoymuhuq, lakin bu tarixi ədalətin nə olduğunu hələ də dəqiq göstərə bilməmişik. Halbuki Ermənistanda müxtəlif siyasi qüvvələr və qruplar "tarixi ədalət" qismində tam fərqli nəsnələri anlayırlar".

Daha sonra o, daha konkret danışıb və Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Müstəqillik Bəyannaməsindən bəhşs edib.

"Ermənistan xalqı nə istəyir? Ermənilər Argentinada, ABŞ-da, Rusiyada, İranda, İsraildə yaşayırlar. Oralarda yaşayan ermənilərin hamısının istəklərinin bir olduğuna əminik? Əgər bunda əmin olmaq istəyiriksə, həmin əminlik harada qeyd olunub? Dağlıq Qarabağın və Ermənistanın birləşməsi nə deməkdir? Gələcəkdə də siyasətimizi bunun əsasında quracağıq? Əgər belədirsə, onda hansı sülhdən danışırıq?! Bu o deməkdir ki, sülh mümkün deyil. Müzakirnəin başqa nə iləsə heç bir əlaqəsi yoxdur, bu, bizim müzakirədir. Söhbət bu günümüzdən, sabahımızdan, gələcəmiyizdən gedir", - Nikol Paşinyan söyləyib.

Rəsmi Bakının da mövqeyi belədir.

Ermənistan Konstitusiyasında zəruri dəyişikliklər olmazsa, Bakı ilə İrəvan arasında sülh mümkün deyil. Bundan başqa, imzalanacaq sülh sazişində Ermənistanın bundan sonra heç zaman, heç bir şərtlə və heç bir bəhanə ilə Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcəyi də əks olunmalıdır.

Nikol Paşinyan Bakınır mövqeyini anlayır və qəbul edir. Fəqət, Ermənistan Konstitusiyasına düzəlişlərin nə zaman ediləcəyi və ümumiyyətlə, belə düzəlişlərin olub-olmayacağı hələ məlum deyil.

Bu yolda əsas problem Ermənistanda sabiq prezidentlərin rəhbərlik etdiyi müxalifət qüvvələri, revanşist hərəkatlar və təşkilatlardır. Onlar bəyan edirlər ki, Konstitusiya dəyişikliklərin zərurəti barədə deyilənlər "Azərbaycanın Paşinyana diqtə etdiyi tələblərdir".

Onlar Qarabağa iddialardan və qarabağlı ermənilərin separatizmini dəstəkləməkdən qətiyyətlə imtina edir, Konstitusiya ilə bağlı müzakirələrdən Nikol Paşinyana qarşı genişmiqyaslı etiraz aksiyalarına səbəb kimi istifadə etmək istəyirlər.

Elçin Alıoğlu
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.