"Niderlandlı parlamanetarilər Azərbaycanın sülhə verdiyi töhfəni görməzdən gəlirlər"
Niderlandlı deputatların Azərbaycanla bağlı səsləndirdikləri qərəzli iddialar Avropda başladılan anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir. Azərbaycanın guya müharibəyə hazırlaşdığı ilə bağlı cəfəng iddianın isə heç bir əsası yoxdur.
Milli.Az xəbər verir ki. bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra Ermənistana sülh təklif etdi və azad etdiyi ərazilərinin bərpası prosesinə start verdi.
"Bəzi Qərb dairələri isə Azərbaycana qarşı qərəzli siyasətlərini genişləndirməyə çalışırlar. AŞPA qış sessiyasında çirkin qaralama kampaniyasının tərkib hissəsi olaraq Azərbaycan nümayəndə heyətinin cari il üçün etimadnaməsi əssassız ittihamlarla təsdiqlənmədi. Kənardan idarə olunma təəssüratı yaradan bu siyasi şou AŞPA-da fikir plüralizmi və söz azadlığı deyil, təşkilatlanmış, kütləviləşdirilmış qərarların icra olunduğunu ortaya qoydu.
Niderland parlamanetinin nümayəndələrinin Azərbaycanın guya Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə cəfəng mülahizələri isə ölkəmizə qarşı olan qərəzin nümunəsidir. Niderlandlı parlamanetarilər Azərbaycanın azad olunmuş ərazilərdə gördüyü işləri, sülhə verdiyi töhfəni, ümumilikdə bölgənin inkişafı üçün atdığı addımları görməzdən gəlirlər. Görünür, onlara da göstəriş verilib ki, AŞPA-dakı qərəzi onlar da davam etdirsinlər.
Azərbaycan azad olunmuş ərazilərin bərpasına milyardlarla manat vəsait yatırıb və sürətlə əraziləri bərpa edir, yenidən qurur. Həmin ərazilər uzun illər işğalçı Ermənistan tərəfindən dağıdılıb, talan edilib. Ermənistanla həmsərhəd bölgələrə yatırılan milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir.
Azərbaycan Cənubi Qafqazda birgəyaşayışı, sülhü təşviq edən başlıca ölkədir", - deyə A.Qarayev əlavə edib.
Polkovnik qeyd edib ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr komitəsinin iclasında Azərbaycanla bağlı qərəzli və tamamilə qəbuledilməz fikirlər səsləndirilməsi heç də təsadüfi deyil:
"Bir sıra Qərb dairələri bir neçə müddətdir ki, Azərbaycanın artan nüfuzuna, siyasi gücünə, hərbi qüdrətinə qısqanclıqla yanaşırlar və ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Onlar ən çirkin yollara əl atmaqdan da çəkinmirlər.
Avropa ölkələrinin parlamentləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərini dəstəkləmək əvəzinə, prosesə ciddi cəhdlə mane olmağa çalışırlar. Lakin bütün bu cəhdlər, bəyanatlar, qətnamələr separatçılıqla mübarizə aparıb qalib gələn Azərbaycan dövlətinin əzminə heç bir təsir göstərə bilməz".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi - Kamaləddin Qafarov
-
Aleksandr Lukaşenko Mehriban Əliyevanı təbrik edib
-
Vladimir Putin Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyev “Azərxalça” və “Azəripək”lə bağlı Fərman imzalayıb
-
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya mövqeyini yüksək qiymətləndirib - (Foto)
-
Bu əməkdaşlıq daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Diana Əhədpur Fahriye Evcen və Burak Özçivitlə eyni məkanda - (Video)
-
Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı
-
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
-
Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)
-
Kişilər niyə qadınlardan az yaşayır?
-
10-cu siniflər üzrə elektron yerdəyişmə başlayır - Tarix
-
Bakıda bu ünvanlarda minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu
-
Arda Güler komanda yoldaşının "qüruru ilə oynadı" - (Video)
-
Aysun: "Vecimə də deyilsiniz" - (Video)
-
Zelenski İlon Maskı “Azadlıq Ordeni” ilə təltif edib
-
Biləsuvarda 6 kəndin qazı kəsiləcək
-
Prosineçki istefaya göndərildi
-
Oğlu Kamran Ağabalayevi sevindirdi - (Foto)
-
Mussolininin nəticəsi Roma klubunda debüt etdi - (Foto)
-
Qurban Qurbanov: ""Sabah"ı təbrik edirəm, uğurlar arzulayıram"
-
"Polat Alemdar" oğulları ilə fotolarını yaydı
-
Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)





