Siyasət

Ceyhun Bayramov Simon Mordue ilə görüşüb

11 Dekabr 2023 15:39
Baxış: 500

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial media hesabında bildirilib.

Qeyd edilib ki, görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması müzakirə edilib.

Xatırladaq ki,10 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov "Şərq tərəfdaşlığı" xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.