Serbiya mətbuatı Azərbaycan Prezidentinin bu ölkəyə səfərinə və interkonnektorun açılış mərasimdə iştirakına geniş yer ayırıb - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri və Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimdə iştirakı bu ölkənin nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Tanjug", "RTV", "Novosti", "Politika", "Pravda", "b92", "NSPM", "Vesti", "PRVA" kimi informasiya agentlikləri və xəbər portallarında dərc edilən yazılarda Prezident İlham Əliyevin açılış mərasimdəki çıxışından sitatlara yer verilib. Azərbaycan Prezidentinin interkonnektorun istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına, o cümlədən təkcə Serbiyanın deyil, həm də bütövlükdə Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini vurğuladığı qeyd olunur.
Prezident İlham Əliyevin bugünkü açılış mərasimini dostluq və strateji tərəfdaşlıq mərasimi adlandırdığı, Serbiyanın Azərbaycan təbii qazı alacaq doqquzuncu ölkə olacağını qeyd etdiyi bildirilir.
Məqalələrdə Serbiya-Azərbaycan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, iki ölkənin strateji tərəfdaş olduğu qeyd olunur. Layihənin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcəyi xüsusi vurğulanır.
Bildirilir ki, Serbiya tərəfinin "Bulgartransgaz" şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.
İnterkonnektor Serbiyanın Avropanın təbii qaz xəritəsindəki mövqeyini gücləndirəcək. Boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır.
Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Bakı Konqres Mərkəzində tüstülənmə: FHN hərəkətə keçdi - (Video)
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)





