Prezident: İstəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması ilə bağlı sualı da cavablandırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu barədə danışarkən deyib: "Vaxt qrafiki ilə bağlı mən nikbin fikirdə idim, çünki biz Azərbaycanın özünün hazırladığı sülh sazişinin ilkin layihəsi ilə bağlı şərhləri bir neçə dəfə Ermənistanla mübadilə etmişdik. Bundan sonra isə iki ölkə arasında altı dəfə şərhlər mübadilə edilmişdir və keçən dəfə "Euronews"a bunun haqqında danışdıqda mən ümid edirdim ki, Ermənistan bizim təkliflərin nəzərdən keçirilməsi vaxtını uzatmayacaq. Biz sentyabrın 11-də onlara sonuncu şərhlərimizi təqdim etmişdik və onlardan cavabı yalnız iki gün əvvəl almışıq. Beləliklə, təqribən iki ay yarımdır ki, onlar bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər. Bu, nə deməkdir? O deməkdir ki, onlar süni olaraq prosesi ləngitmək istəyirlər. İndi noyabrın sonudur və ilin axırına qədər sülh sazişinin imzalanması ilə bağlı ümidlər o qədər də nikbin deyil. Lakin hesab edirəm ki, zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Məhz Azərbaycan işğaldan və etnik təmizləmədən əziyyət çəkib. Bir milyon azərbaycanlı Ermənistan hökuməti tərəfindən deportasiya edilib. Təxminən sahəsi 15 min kvadratkilometr olan ərazi dağıdılıb".
Bununla belə, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: "Hazırda Qarabağ məsələsi bitdikdən sonra düşünürəm ki, Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə, fikrimcə, Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil.
Bir sözlə, biz qeyd etdiyim kimi, iki gün əvvəl aldığımız ən son təklifləri dəyərləndirəcəyik və öz şərhlərimizi verəcəyik. Bununla yanaşı, biz müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmasları saxlayırıq. Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
XƏBƏR LENTİ
-
Əməkdar artist əkiz qızları ilə fotosunu paylaşdı
-
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
-
“Çelsi”nin ən bahalı transferi oldu
-
Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)
-
Arzumdan yeni xəbər var
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
Bakıda bəzi ərazilər işıqsız qalacaq
-
Andrey Qnatov da işdən çıxarıldı
-
Elnarə Abdullayevaya ağır itki
-
"Fənərbağça" qalib gəldi – Çempionlar Liqasında gecənin nəticələri
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
Alimlərdən maraqlı kəşf - Mavi gözlü insanların SİRRİ
-
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
-
Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"
-
Günvurmadan necə qorunmaq olar?
-
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
-
Cennifer Lopes kişiləri nələrin cəlb etdiyini açıqladı
-
Eda Ece xəstəxanalıq oldu
-
62 yaşlı türk müğənni illərə meydan oxuyur
-
Ən çətin günləriniz başa çatacaq: Dörd BÜRC üçün şad xəbər
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb





