Siyasət

Qarabağın ən təhlükəli ərazilərində yeni proses başladı - VİDEO

24 Noyabr 2023 00:13
Baxış: 1 372

İşğaldan azad edilmiş Qarabağın minalarla ən çox çirklənən ərazilərindən biri olan Ağdamda yeni proses başlayıb.

Milli.Az AzTV-yə istinadla xəbər verir ki, Ağdamın Şelli kəndi əkin dövriyyəsinə cəlb olunub.

Ağdama ezam olunmuş AzTV-nin əməkdaşları əkin sahəsində olub, səpin işləri barədə məlumat əldə ediblər.

Bildirilib ki, minalardan təmizlənmiş ərazilərdə əkin işləri sürətlə aparılır. Kənd təsərrüfatında müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri tətbiq edilir. İşğaldan azad edilmiş ərazilərdə yüksək keyfiyyətli toxumlardan istifadə edilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.