Qarabağla bağlı Denver planı: 1997-ci ildəki razılıq necə pozulub? - Şok faktlar
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ABŞ-ın Azərbaycan qarşı kəskin ritorikada danışması nədən qaynaqlanır? Regionda baş verən geosiyasi toqquşmalarda Azərbaycanı hədəf almaqla Vaşinqton nəyə nail olmaq istəyir?
- ABŞ-ın indiki halda bu cür mövqedən çıxış etməsi heç də birbaşa Azərbaycana qarşı yönəlməyib. Həmçinin Azərbaycanın davranışları ilə bağlı burada heç bir president yoxdur. Çünki "907-ci" düzəliş Azərbaycan torpaqları işğal altında olanda da qüvvədə idi. Bu gün də onu gündəmdə saxlayıblar. Azərbaycanın nə etməsindən asılı olmayaraq bu ABŞ-ın real münasibətini əks etdirir. Amerika Rusiyanı bu bölgədən çıxartmaq üçün belə addımlar atır. Avropa İttifaqı rəsmisi Cozef Borrelin, ABŞ təmsilçilərini bəyanatları eyini məqsəd daşıyır. Sadəcə olaraq olaraq ermənilərə xoş gəlmək, onları Rusiyadan uzaqlaşdırmaq üçün belə gedişlər edilir.
- Amma ABŞ-ın təzyiqləri real olaraq Azərbaycana yönəlib. Zərbə bizə dəyirsə, buna necə loyal yanaşmaq olar?
- Buna çox da önəm vermək lazım deyil. Real olaraq ABŞ-ın bu yanaşmaları heç nəyi ifadə etmir. Azərbaycan indiyə kimi ABŞ-dan silah almayıb. Eyni zamanda Vaşinqton Azərbaycana heç bir köməklik etməyib. Nəsə olubsa bunu cüzi, özlərinə sərf edən şəkildə ediblər. ABŞ dövlət başçısının müavininin köməkçisinin verdiyi bəyanata bu qədər önəm verməyə dəyməz. Vaxtilə Denver bəyanatı (1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentlərinin Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanatı) imzalamışdılar. Amma bundan sonra heç nə baş vermədi. Fakt odur ki, ABŞ prezidenti səviyyəsində verilən bəyanatla heç bir nəticə əldə edilməyib. Ona görə də, ABŞ rəsmisinin indiki halda bu bəyanatı heç bir mahiyyət kəsb etmir.
- "907-ci" düzəliş ətrafındakı manipuliyasiya nəyə hesablanıb?
- ABŞ 2004-cü ildə "907-cü" düzəlişlə müqayisədə Ermənistana tətbiq edilən qadağanı səssis-küysüz götürüb. Ona görə də, Amerikanın indiki halda Azərbaycandan ermənilərin buradan necə çıxdığı ilə bağlı nəsə deməsi mənasızdır. Azərbaycanla Ermənistan sərhəddində boş qalan kəndlər var idi ki, həmin ermənilər ora yerləşdirilib. Vaxtilə də həmin ərazilərdən azərbaycanlılar zorla qovulmuşdu.
- Amerikanın qısa zamanda mövqeyində hansısa korrektələrin olacağı iddiaları da səslənir...
- Mərkəzi Asiya ilə bağlı ABŞ-ın siyasəti fərqlidir. Azərbaycanın və Türkiyənin dəstəyi olmasa bu mümkün deyil. Coğrafi baxımdan ABŞ-ın bu iki ölkəyə ehtiyacı var. Sadəcə olaraq ABŞ-ın indiki davranışları müvəqqəti təxribat və təbliğat üçündür. Ermənilər Rusiyanın buradan çıxarılmasına sevinirsə, icazə vermək lazımdır ki, daha çox sevinc yaşasınlar.
- Zəngəzur dəhlizi ilə bağlı ABŞ-ın birtərəfli mövqeyi var. Rusiyanın imza atdığı bir layihəni Vaşinqton necə reallaşdıracaq?
- Dəhliz Azərbaycan üçün olduqca önəmlidir. Rusiya da bunu istəyir. Görünən odur ki, Qərb üçün bu dəhliz daha vacibdir. Mərkəzi Asiyada hansısa siyasəti həyata keçirmək üçün Qərb mütləq Türk Dövlətləri Təşkilatının mövqeyinə uyğun addımlar atmalıdır. Bu qaçılmaz bir reallıqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)





