Siyasət

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevə təbrik məktubu ünvanlayıb

8 Noyabr 2023 17:13
Baxış: 778

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) informasiya agentliyi tərəfindən yayılmış təbrik məktubunda Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan hökumətinə və xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.