Prezidentin bu istiqamətində fəaliyyəti gözləntiləri doğruldub - SORĞU - FOTO
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək regionda çoxəsrlik işğalçılıq planları üzərində tarixi qələbəsi və bu fonda diplomatik müstəvidə dayanıqlı siyasəti strateji təfəkkürün, güclü siyasi iradənin təzahürüdür. Sosial Tədqiqatlar Mərkəzi ölkə rəhbərinin Qarabağ məsələsinin həlli istiqamətində fəaliyyəti ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğuları keçirib.
Mərkəzdən verilən məlumata görə, bu məqsədlə vətəndaşlara "Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntilərinizi doğrultdumu?" sualı ünvanlanıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyətinin rəyində dövlət başçısının Qarabağ probleminin həlli istiqamətində fəaliyyətindən birmənalı razılıq ifadə edilib. Belə ki, iştirakçıların 75.0%-i prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyətinin onun gözləntilərini tam doğrultduğunu, 24%-i əsasən doğrultduğunu deyib. 0.5%-i gözləntilərini əsasən doğrultmadığını, 0.3%-i heç doğrultmadığını bildirib, 0.3%-i bu barədə fikrini ifadə etməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 18 - 20 oktyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 1212 respondent iştirak edib. Sorğuda 12 iqtisadi rayon əhatə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub.
Bu məqsədlə sözügedən inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və məlumatların yalnız ümumiləşdirilmiş qaydada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
-
Azərbaycan AMERIPOL-un XVI Zirvə Görüşündə ilk dəfə müşahidəçi üzv kimi təmsil olunub - (Foto-Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
XƏBƏR LENTİ
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin
-
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
-
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
-
Rəşid Behbudovun müəmmalı ölümü: Qorbaçova verilən gizli kasetdə nə vardı?
-
Say üstünlüyünə qarşı mərdlik: Merab Dvalişvilinin dostu necə qəhrəmana çevrildi?
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - (Foto)
-
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
-
İbrahim Tatlısəsin nəvəsi gözəlliyi ilə diqqət çəkdi - (Foto)
-
“Qalatasaray” 5 futbolçu ilə yollarını ayırmağa hazırlaşır
-
Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü - Yenilənib
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi - Yenilənib
-
Çağla Şıkel 11 saat qaranlıq qutuda qaldı
-
COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub - (Foto)
-
Dörd bürc daha diqqətli olmalıdır - xəbərdarlıq
-
Ramiz Mehdiyevin qızının vəkili həbs edildi - (Foto)
-
Gəncə və Bakı teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb -
-
Balıq bazarında bahalaşma var - (Video)
-
Emma kameralar qarşısında yıxıldı - (Foto)
-
Borcları ödənilməyən binalara istilik verilməyəcək - (Video)
-
“Sevgi naminə arzusundan keçən qadının psixoloji problemi var” - Ayan Babakişiyeva





