Siyasət

Tehranda Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub

24 Oktyabr 2023 01:00
Baxış: 1 017

Tehranda "3+3" formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda "3+3" formatında keçirilən xarici işlər nazirlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.

"Tehranda "3+3" formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır. Görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb. Bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək", - deyə Abdullahian bildirib.

Qeyd edək ki, Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan "3+3" formatında görüşdə iştirak ediblər.

3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.

"3+3" formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.