Siyasət

Füzuli sakini: Bu gün uzun illərin həsrətinin bitdiyi gündür

14 Oktyabr 2023 08:45
Baxış: 505

Bu gün bizim üçün çox sevindirici, ən gözəl gündür. Füzulidən 24 yaşımda çıxmışam. İndi 58 yaşımda doğma yurduma qayıtmağın sevincini yaşayıram.

Milli.Az xəbər verir ki,  bu sözləri 30 illik erməni işğalından azad edilən Füzuliyə geri qayıdan Tünzalə Quluzadə AZƏRTAC-a müsahibəsində deyib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Füzuli sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə də minnətdarlığını bildirib.

On il bir sinifdə oxuduğu sinif yoldaşını 31 il sonra - bu gün Füzuliyə qayıdarkən görməsinin də sevincini yaşayan Tünzalə Quluzadə doğma yurda qayıtdıqdan sonra birlikdə qurub yaradacaqlarını bildirib. "Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Uzun illərin həsrəti bitir. Füzulini yenidən qurub-yaradacağıq, əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik", - deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.