Siyasət

Paşinyan: “Ermənistan “3+3” formatında görüşlər keçirməyə hazırdır”

10 Oktyabr 2023 19:20
Baxış: 1 320

Ermənistan "3+3" formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai telekanala müsahibəsində deyib.

"Əlbəttə, biz hazırıq. Vaxtilə "3+3" formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu", - o vurğulayıb.

Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.