Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin maşınlarının müşayiəti ilə 23 təcili yardım maşını Qarabağdan Ermənistana gedir.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, yalnız ağır və çox ağır yaralılar aparılır.
Maşınların Laçındakı sərhəd-keçid məntəqəsini keçdiyi bildirilib.
Milli.Az