Siyasət

Lavrov: Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozur

23 Sentyabr 2023 22:20
Baxış: 1 436

Avropa İttifaqı (Aİ) və ABŞ Cənubi Qafqazda sabitliyi pozur, Ermənistan və Azərbaycana vasitəçilik səylərini sırımağa çalışır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının iclasında çıxışında bildirib.

"İndi İrəvan və Bakı suverenliyin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra etimadın və dinc həyatın möhkəmlənməsinin vaxtı çatıb. Qarabağdakı Rusiya sülhməramlıları buna hər cür yardım edəcək", - deyə Rusiya XİN başçısı vurğulayıb.

"Ermənistan ərazisində Rusiyanın təsirini sarsıtmağa çalışan güclü qərbyönümlü lobbi mövcuddur".

Rusiyalı diplomat bildirib ki, keçmiş Sovet İttifaqının bir sıra ölkələrində olduğu kimi, Ermənistanda da qeyri-hökumət təşkilatlarında bir çox Qərb fondları vasitəsilə ABŞ-nin maraqlarını təbliğ edən güclü lobbi var:

"Biz bu işlərə kimin maraqlı olduğunu və kimlərin rəhbərlik etdiyini bilirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.