Rusiyalı tarixçi: ABŞ bütün əxlaqi çərçivələri aşdı - Rəy
İnsan haqları mövzusu ABŞ tərəfindən 1950-ci ildən bəri ənənəvi olaraq qlobal hərbi-siyasi ekspansiya planlarının həyata kemirilməsində alət kimi istifadə olunur. Həmin vaxt rəsmi Vaşinqton BMT-nin himayəsi altında 1950-1953-cü il Koreya müharibəsində Seulun tərəfində iştirak etmək üçün beynəlxalq koalisiya yaratdı. ABŞ müttəfiqlərinin koalisiyasının hərbi və siyasi cəhətdən sanballı görünməsi üçün xarici qoşun qüvvələrinin tərkibinə Salvadoru da daxil etmişdilər. O zamandan bəri artıq 70 ildir ki, "insan hüquqlarının müdafiəsi" adı altında beynəlxalq hərbi koalisiya qismində bu hərbi-siyasi metoddan mütəmadi şəkildə, bir çox hallarda "uğurla" istifadə edilir. ABŞ son 30 il ərzində dünyanın müxtəlif ölkələrində - İraq, Liviya, Yuqoslaviya, Əfqanıstan, Suriyada, indi isə Ukrayna və Cənubi Qafqazda analoji ssenari üzrə hərəkət edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı qafqazşünas, tarix elmləri namizədi Oleq Kuznetsov səsləndirib.
Tarixçi qeyd edib: "ABŞ vassallardan ibarət koalisiyaya arxalanaraq göstərdiyi təkqütblü dünya yaratmaq səylərində öz müttəfiqlərinə humanist münasibətdə bütün əxlaqi çərçivələri aşır. 2016-cı ildə Vaşinqtonun əli ilə Türkiyədə edilmiş dövlət çevrilişi cəhdini xatırlatmaq kifayətdir. Həmin vaxt ABŞ-ın xüsusi xidmət orqanları Ərdoğanın hakimiyyətdən devrilməsi üçün özünün NATO üzrə müttəfiqləri Yunanıstan və İtaliyanı, həmçinin Yaxın Şərqin bir sıra ölkələrini təhlükəyə atmışdı. Yaxşı ki, qiyam uğursuz oldu, əks halda, biz yenə də "insan hüquqlarının müdafiəsi" üzrə növbəti beynəlxalq koalisiyanın şahidi ola bilərdik.
O.Kuznetsov əlavə edib ki, ABŞ özünün bütün tarixi boyu müstəsna olaraq ticari müstəmləkə müharibələri aparıb və yalnız İkinci Dünya müharibəsində Yaponiya ilə döyüşlər bu dövlət üçün şərəf məsələsi olub. Həmin müharibədə çoxlu sayda qurbanlar verilib. "ABŞ 1763-cü ildə Ohayodan başlayaraq Suriya müharibəsinə qədər, habelə indi də davam edən bütün müharibələrdə açıq-aşkar iqtisadi maraqlar güdüb və yeni ərazilər, təsir dairələri, resurs və ya malların satılması bazarları əldə edib. Bununla bağlı son zamanların ən parlaq örnəyi Liviyaya hərbi müdaxilə və Ukrayna müharibəsidir. ABŞ bununla da Avropanın qaz bazarından iki rəqibini-Liviya və Rusiyanı sıxışdırıb çıxardı. İndi Avropaya Qətər-Oman qazını buraxmamaq qalır. Məhz bu məqsədlə Suriyada müharibə, Türkiyədə dövlət çevrilişi cəhdi törədildi. Bununla da bütün "köhnə qitə" sıxılmış təbii qaz üzrə Birləşmiş Ştatlardan enerji cəhətdən asılı olacaq. Zənnimcə, bu məqsədinə çatmaq üçün Vaşinqton trilyon dollarını əsirgəməyəcək, çünki müharibəyə qoyulan sərmayələr rəqiblərinin iqtisadi durğunluğu hesabına geri qaytarılacaq. Təəssüf ki, heç də hamı bunu anlamağa hazır və ya qadir deyil", -deyə tarixçi vurğulayıb.
Politoloq bildirib ki, ABŞ Cənubi Qafqazda sabitliyin pozulmasını daimi diqqət altında saxlayır və bu məsələdə başlıca müttəfiqi rəsmi İrəvandır. O, həmçinin əlavə edib: "Mən bu kontekstdə "Ermənistan" kəlməsini işlətmək istəmirəm, çünki ermənilərin əksəriyyəti Rusiya, Fransa və bütünlükdə Avropanı özlərinə yaxın hiss edirlər, onların siyasi rəhbərliyi isə nəzərlərini Vaşinqtona yönəldib. Mahiyyət etibarilə, tam açıq söyləmək olar ki, məhz erməni siyasi elitası amerikalıları Cənubi Qafqaz regionuna gətirib. Bununla bağlı növbəti dəfə xatırlatmaq yerinə düşər ki, ABŞ-ın Bağdaddan sonra sayca ikinci böyük səfirliyi (5 min nəfərlik və 6 hektar ərazini əhatə edən) İrəvanda yerləşir. Orada diplomatiya pərdəsi altında Birləşmiş Ştatlar ordusunun "Bastion" sisteminə xidmət göstərən hərbi-texniki kəşfiyyat briqadası, habelə hökumətlərarası sazişə əsasən Ermənistanda yerləşən Rusiya hərbçilərinə qarşı dəniz piyadası briqadası yerləşdirilib. Bağdad və İrəvandakı səfirliklər ABŞ-ın Yaxın Şərq, Ön və Mərkəzi Asiya regionlarında hərbi-siyasi təsir forpostlarıdır və təəccüblü deyil ki, bu gün rəsmi İrəvan siyasi cəhətdən Vaşinqtona təxminən vaxtilə Kremlə yaxın olduğu qədər daha çox yaxınlaşır".
Ekspert vurğulayıb ki, açıq-aşkar milli oriyentasiyası olan Türkiyə və Azərbaycan, hətta Gürcüstandan fərqli olaraq, məhz kiminsə qanadı altında olmaq instinkti ilə hərəkət edən Ermənistan ABŞ-ın Ön Asiyada, xüsusilə Cənubi Qafqazda gələcək təsirini yaymaq planlarının həyata keçirilməsində bir alət olur.
Bütün bu deyilənlərdən belə birmənalı nəticə çıxarmaq olar ki, Ermənistan ABŞ-ın Cənubi Qafqaza hərbi-siyasi ekspansiyasının qapılarını maksimum dərəcədə geniş açıb və region ölkələri - Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyə onları yenidən bağlamaq üçün ən yaxın vaxtlarda birləşməli olacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib - (Video/Foto)
-
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
XƏBƏR LENTİ
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)





