ABŞ-da riyakarlıq artıq dövlət siyasəti səviyyəsinə yüksəlib - ŞƏRH
ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə ABŞ konqresində sonuncu dinləmələr zamanı onların Dövlət Departamenti rəsmisinin, ermənipərəst konqresmenlərin Azərbaycana qarşı sərt açıqlamalarını AZƏRTAC-a şərh edərkən söyləyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ hazırda taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən "feministlər", İkinci Qarabağ savaşındakı Zəfəri dəyərsizləşdirməyə çalışan "NO WAR"çılardan istifadə etməyə çalışır, qatı ermənipərəst və antitürk, anti-azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır.
İctimai Birliyin sədri deyib ki, Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Bu gücə və cəsarətə malik dövlətimizin mövcudluğu ABŞ, Fransa və digər bəzi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə indi də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır və bu hərəkət "şou" kimi qiymətləndirilə bilər.
"Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi. ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm də Ağdam yolunun açılmasını xahiş etsə də, bu ölkə razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə də Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır", - deyə B.Məmmədzadə vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub





