Siyasət

Müdafiə Nazirliyi daha bir məlumat yaydı - YENİLƏNİB

7 Sentyabr 2023 08:46
Baxış: 4 744

08:46

Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.

-------

07:12

Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

--------
21:10


Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.