Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Milli.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub:
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb".
Milli.Az