Siyasət

Meşəli soyqırımını törədən Vaqif Xaçatryanla bərabər başqa kimlər olub? - VİDEO

1 Avqust 2023 18:18
Baxış: 1 010

Meşəli soyqırımını törədən Vaqif Xaçatryanla bərabər başqa kimlər olub?

Milli.Az bildirir ki, Vaqif Xaçatryanın da əsas iştirakçısı olduğu Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırım şahidləri həmin anları "Xəzər Xəbər"ə danışıblar.

Sakinlər bildirir ki, soyqırımı olmamışdan əvvəl Xaçaturyan başda olmaqla  digər erməni canilər kəndə gedən yolları bağlayıb, maşınları yandırıblar.

Kənd sakinlərinin sözlərinə görə, Xaçatryan və onun ətrafında olanlar əvvəllər Meşəliyə gəlib tanışları ilə söhbət edirmiş. Bir müddət  özlərini mehriban qonşu kimi göstərməyə çalışsalar da, sonradan əsl xislətlərini gizlədə bilməyiblər.

Qeyd edək ki,1991-ci ilin dekabrında törədilmiş qətliam nəticəsində 25 nəfər amansızcasına öldürülüb, 14 nəfər yaralanıb, 400-ə yaxın azərbaycanlı doğma yurdlarından didərgin salınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.