Siyasət

“Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o insanları xatırlayacağıq”

15 İyun 2023 08:43
Baxış: 901

"Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də qardaşım İlhamın dəstəyi ürəyimizin ən yüksək yerindədir. Həmişə olduğu kimi, iki qardaş ölkə bir-birinin yanındadır və belə də olub".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlərində həmişə qardaşlıq hissi olub:

"Bizim nə vaxt ehtiyacımız olsa, qardaşlarımızı - Azərbaycanı yanımızda görmüşdük. Azərbaycan da nə zaman dara düşsə, ilk yardıma qaçan biz olmuşuq. Əsrin fəlakəti olan  zəlzələdən sonra küçədəki vətəndaşdan dövlət başçısına qədər hər kəssin göstərdiyi mərdliyi heç vaxt unutmayacağıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.